“Partiyanın rəhbərliyində təmsil olunmuş insanlar onlara göstərilmiş etmiadı doğrulda bilməyiblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində təmsil olunan fiqurların qanunsuz hərəkətlərinə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov deyib.
Şahlar Əsgərovun sözlərinə görə, bu olaylardan sonra YAP-ın növbədənkənar qurultayının keçirilməsi aktuallaşıb:
“Partiyanın rəhbər orqanlarında və idarəetməsində dəyişikliklər olacağını güman edirəm. Partiyanın rəhbərliyində təmsil olunmuş bəzi insanlar onlara göstərilmiş etimadı doğrulda bilməyiblər. Buna görə də partiyanın rəhbər orqanlarında dəyişikliklər olmalıdır. Güman edirəm ki, bu məsələlərin həlli üçün partiyanın növbədənkənar qurultayı çağırılmalıdır”.
Aqil Bəkir