!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın qurultay “sirr”i: harada və necə keçiriləcəyi açıqlanmır

!Reklam – Yazi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-nə çağırılmış qurultayı haqqında heç bir məlumat verilmir.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri təyin etməsindən sonra YAP 2018-ci ilin may ayında keçirilməsi nəzərdə tutulan qurultayını tezləşdirməli olub.

Məlumata görə, fevralın 8-nə çağırılan qurultayda YAP-ın prezidentliyə namizədi rəsmən elan olunacaq. Bundan başqa, qurultayda partiyanın sədr və sədr müavinləri seçiləcək, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən formalaşdırılacaq.

Ancaq maraqlıdır ki, hakim partiyanın qurultayının yeri, tədbirdə qonaqların və jurnalistlərin iştirakının nəzərdə tutulub-tutulmadığını öyrənmək mümkün olmayıb. YAP təmsilçiləri qurultayla bağlı məlumatı nədənsə, tam məxfi saxlayırlar.

Bu məqsədlə əlaqə saxladığımız YAP icra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov “vaxt çatışmazlığı”na görə danışmaq istəməyib.

Novruzov Yenicag.az-ın sualına cavabında “Qurultaya hazırlıq işləri ilə məşğulam, danışmağa yarım saniyə də vaxtım yoxdur” deməklə kifayətlənib.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə Yenicag.az-ın sualına tövsiyə ilə cavab verib:

“Mən hazırda Bakıda deyiləm, zəhmət olmasa, Siyavuş müəllimlə danışın”.

A. Zeynalov

www.yenicag.az

2021
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv