Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

YAP-ın qurultayına SÖZARDI: “Hiss olunur ki, prezident hakim partiyaya o qədər də inanmır” – Sabiq dövlət müşaviri

Reklam: High Technic

“Bu gün keçirilən təqdbirin müşavirə, toplantı, yoxsa qurultay olduğunu müəyyən etmək çətin oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən növbədənkənar qurultayında qəbul edilən qərarları dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseyinli deyib.

Qabil Hüseyinlinni sözlərinə görə, hakim partiyanın üzvü olan bır sıra müxtəlif çinli məmurların rüşvət və korrupsiya ittihamı ilə həbs edilmələri YAP-ın nüfuzuna təsirsiz ötüşməyib:

“Rüşvətxorluğa və korrupsiyaya qurşanan YAP nümayəndələri partiyaynın reputasiyasına böyük zərbə vururlar. Bu gün keçirilən təqdbirin müşavirə, toplantı, yoxsa qurultay olduğunu müəyyən etmək çətin oldu.

Bu, rəsmi qaydada qurultay kimi təqdim edilir. Əslində, YAP-ın növbəti qurultayı gələn il olmalı idi. Bu gün YAP İdarə Heyətinin tərkibini yenilədilər, Siyasi Şuranaı ləğv edib, Veteranlar Şurası adlandırdılar.

“Bunu YAP-ın daxilində aparılan islahat adlandırmaq olarmı?”, – deyə soruşulsa, buna təsdiqedici cavab vermək çətindir. Görünən budur ki, YAP faktik olaraq, müasir dövrlə ayaqlaşa bilmir.

Prezident YAP-ın sədri olsa da, hiss edilir ki, dövlət başçısı partiyaya o qədər də inanmır və onun kadr potensialından istifadə etməyə meylli deyil. Sözüsüz, Azərbaycanda ən geniş strukturak malik partiya YAP-dır. İnsanlar da YAP-a can atırlar ki, onun vasitəsi ilə müəyən mövqeyə sahib olsunlar”.

Politoloq 6 partiyanın YAP-a birləşməsi barəsində bunları deyib:

“Azərbaycanda siyasi partiyaların təmərküzləşməsi prosesi getməlidir. Azərbaycan kimi ölkədə qeydiyatdan keçmiş 50-dən çox siyasi partiya mövcuddur. Elə partiya var ki, sədri rəhmətə gedib, yerinə adam seçilməyib. Partiya var ki, sədri rəhmətə gedib, partiyanı xanımı idarə edir. Partiyalar var ki, bir sədr və bir də onun qoltuğundakı “papka”dan ibarətdir.

Partiyalar cəmiyyətin həyatında aktiv rol oynamalı və siyasi proseslərə yön verməlidirlər. Təəssüf ki, bizdə nə siyasi partiyaların belə imkanı var, nə də ki insanlar siyasi partiyaların arxasınca gedirlər. Partiyalar dar çərçivədə, azsaylı insanlar tərəfindən yaradılaraq “öz şirəsi”ndə bişərək qalır.

Partiyalararası münasibətlər də bu şəkildədir. Azərbaycanda siyasi partiyalar yalnız müharibə vaxtı doğru addım ataraq həmrəylik nümayiş etdirdilər”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

3751
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100