Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"YAP iqtidarı dövründə bir nəfər də siyasi səbəblərə görə həbs olunmayıb" - Siyavuş Novruzov

Reklam: Sinerji Pro

“Hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavabdehdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında YAP-çı deputat Siyavuş Novruzov səsləndirib. Novruzov bəzi media orqanlarında onun adından ölkədə siyasi məhbusların olmasına dair səsləndirilən fikirlərə etirazını bildirib:

“Çox təəssüf ki, bəzi saytlar mənim fikirlərimi təhrif edərək, ölkədə siyasi məhbusların olduğunu bildiriblər. Qeyd edim ki, mən belə bir fikir səsləndirməmişəm və ümumiyyətlə, Azərbaycanda siyasi məhbus yoxdur.
1993-cü ildə YAP hakimiyyətə gələndən bu günə qədər Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmayıb. Siyasi məhkum kimi qələmə verilənlər isə konkret cinayət törətdiklərinə görə həbs olunublar. Bəli, YAP-dan əvvəlki iqtidarların vaxtında siyasi baxışlara görə həbslər olurdu, amma bu məsələnin YAP-la heç bir əlaqəsi yoxdur. Azərbaycan Prezidentinin atdığı addımlar göstərir ki, ölkədə qanunlar da, cəzalar da çox humanistdir.

Araz Zeynalov

www.yenicag.az

3029
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM