YAP koronavirusa qarşı mübarizəyə qoşuldu

Dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb.

Yeni Azərbaycan Partiyasından (YAP) Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin yanında yaradılmış Operativ qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir.

“Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabinetinin yanında Operativ qərargahın tövsiyyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib” – deyə, məlumatda bildirilib.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən Operativ qərargahın tövsiyyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alınıb.

COP29