“Yeni Azərbaycan Partiyası tərəfindən bütün təşviqat prosesi mərkəzləşdirilmiş şəkildə həyata keçirilir”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçvisəində namizədlərin ödənişli media imkanlarından nə qədər yararlanacağı barədə fikirlərini səsləndirən Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında olan 38 saylı Gəncə birinci seçki dairəsindən Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, seçki məntələqərinin qarşısında ayrılan təşviqat lövhələrinə plakatlarını yerləşdirməklə yanaşı, ilk görüşlərini keçirib.
“İlkin mərhələdə Gəncə şəhərindən olan ağsaqqallar, şəhid ailələrinin üzvləri ilə görüşlər keçirdik. Bu qəbildən olan görüşlərimi gələcək üçün də mərhələli şəkildə gerçəkləşdirəcəyik. Yeni Azərbaycan Partiyası tərəfindən bütün təşviqat prosesi mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Biz isə partiyanın namizədləri olaraq həmin proseslərdə aktiv iştirak edirik.
Bunlarla yanaşı YAP-ın mətbu orqanları təşviqat işlərində media əsas tərəfdaşlarımızdandır. Partiyanın media qurumlarının imkanlarından maksimum dərəcədə istifadə edirik. Yanaşı olaraq, sosial şəbəkələrdə də təşviqat prosesi ilə əlaqədar platformalarımız və digər təşviqat materiallarının paylaşılması planlaşdırılır. Çalışacağıq ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində platformamızın seçicilərə çatdırılmasını ən yüksək səviyyədə həyata keçirək.
İnanırıq ki, Azərbaycan seçicisi “Yeni dövrə yeni Azərbaycan” şüarını dəstəkləyərək, seçkilərdə aktiv iştirak edəcəklər. Media nümayəndələri də təşviqat prosesində namizədlərin platformalarının seçicilərə çatdırılmasında dəstəklərini əsirgəməyəcəklər”, – deyə namizəd bildirib.
Nəsimi Ələsgərli