YAP nümayəndə heyəti Şimali Kiprə getdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfərə gedib.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində YAP, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və Şimali Kipr Türk Cümhuriyyətinin Milli Birlik Partiyası arasında üçtərəfli formatda görüş keçiriləcək.

Görüşdən sonra T.Budaqov, AK Parti sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuş və Şimali Kiprin Milli Birlik Partiyasının sədri Ünal Üstel birgə mətbuat konfransı keçirəcəklər.

Şimali Kipr Prezidenti Ersin Tatarın nümayəndə heyətini qəbul edəcəyi gözlənilir.