YAP partiya sədrlərinin qarşısına kimləri namizəd çıxarıb? – SİYAHI

Məlum olduğu kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Partiya sədrlərinin böyük əksəriyyəti deputatlığa namizəd olublar. Bəzi partiya sədrləri isə namizədliklərini irəli sürməyiblər. Lakin sədrləri deputatlığa namizəd olmayan partiyalar da başqa namizədlərlə seçkidə iştirak edəcəklər. Artıq partiyaların namizədləri də bəllidir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) 125 dairə üzrə deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Buna əsasən partiya sədrlərinin seçkilərdə YAP-ın hansı namizədi ilə mübarizə aparacağı da bəlli olub.

Yeni Azərbaycan Partiyası (YAP) partiya sədrlərinin namizəd olduğu dairələrdən seçkiyə kimlərlə qatılır?

Yenicag.az cebheinfo.az-a istinadla siyahını təqdim edir:

*Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev 81 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürüb. Sözügedən dairədə YAP-ın namizədi Məmmədov İsrafil Zakir oğludur.

*Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirhahmud Mirəlioğlu isə 43 saylı Sumqayıt İkinci seçki dairəsindən namizədliyini irəli sürüb.

YAP-ın bu dairədən namizədi Mirkişili Tahir Famil oğludur.

*Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən YAP-ın namizədi isə Babışova Leyla Adil qızıdır.

*Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Qasımova Səbinə Məmmədağa qızı isə həmin dairədən YAP-ın namizədi olaraq mübarizə aparacaq.

*Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. YAP-ın bu dairədən namizədi Hüseynov Hümbət Rəhim oğludur.

*Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Hakim partiyanın buradakı namizədi isə Hacıyeva Afaq Şirzad qızıdır.

*AĞ Partiyanın başqanı Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini verib. YAP-ın bu dairədəki namizədi isə yenə İbrahimqızı Məlahət İbrahim qızı olub.

*Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini verib. YAP-ın bu dairədəki namizədi Hüseynov Xaliq İsa oğludur.

*Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən irəli sürülüb. YAP-ın namizədi Hacıyeva Nərminə Aslan qızı bu dairədə onun rəqibi olacaq.

*Gələcək Azərbaycan Partiyasının sədri (GAP) Ağasif Şakiroğlu 8 saylı Binəqədi seçki dairəsindən namizədliyini verib. YAP-ın sözügedən dairədəki namizədi isə Mirzəyeva Həcər Niyazi qızıdır.

*Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən namizəd olur. Hakim partiyanın buradakı namizədi Tağıyeva Ədilə Əli qızıdır.

*Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədlyini verib. YAP-ın həmin seçki dairəsindəki namizədi isə Cəfərov Kamal Xaqani oğludur.

*Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürüb.

Babayev Asiman Əli oğlu isə bu dairədə YAP-ın namizədidir.

*Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən irəli sürüb. YAP-ın bu dairədə namizədliyini irəli sürdüyü şəxs isə Hüseynov Xaliq İsa oğludur.

Qeyd edək ki, Müsavat Partiyasının sədri İsa Qəmbər, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olmayacaqlar.

COP29