!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP Şəmkirdən Prezidenti aldadanı namizəd seçdiyindən xəbərdardır? – ŞOK FAKTLAR

!Reklam – Yazi

11998872_785832084858666_6632475174440961688_nHakim partiyanın 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyini irəli sürdüyü Əliyeva Sona Sakit qızı ilə bağlı maraqlı məlumat yayılıb. Yenicag.az bildirir ki, Elchi.az saytı namizəd xanım haqda maraqli faktlar yayıb.

Belə ki xanim müavin Əhməd Cavad adina orta məktəbdə biologiya müəlliməsi işləyib. Paralel olaraq rayon təhsil idarəsinin müdiri Məcid Şıxlinski Sona Sakitqızını “nəyinsə” (mənbənin iddiasına görə 10000 manat rüşvət alınıb) müqabilində işlədiyi təhsil idarəsinə metodist vəzifəsinə işə götürür. 2012-ci ildə ilin ən yaxşı müəlliməsi müsabiqəsində qalib gələrək mükafata layiq görülür. Maraqlı məqam isə odur ki, bu müsabiqədə metodist ishtirak edə bilməz.

Elə bu səbəbdəndir ki, təhsil şöbəsinin müdirı xanim namizədi bir qədər əvvəl əmrlə işdən çıxararaq müsabiqədən sonra işə bərpa edir. Daha bir maraqlı məqam burasıdır ki, elə həmin ili karyerasında “sürətli” addımlarla irəliləyən Sona xanım Prezident tərəfindən əməkdar müəllimə adı ilə təltif olunur. Və bu işdə də Prezidentə yalan məlumat verilir. Azərbaycan Respublikasında fəxri adlarin verilməsi haqqında Azərbaycan Prezidentinin 22 may 1998-ci ildə imzaladığı 706 saylı fərmana əsasən 20 ildən yuxarı müəllimlik staji olan insanlar bu ada layiq görülə biləcəkləri halda Sona xanım bu ada layiq görüləndə heç 9 il staj sahibi olmayıb. Belə ki, 2000-ci ildən müəllimə işləyən xanımın 3 övladı var(Allah saxlasın). Doğum tarixləri 2001, 2003 və 2005-ci illərə təsadüf edən əməkdar müəllimənin analıq məzuniyyətlərini də iş stajından çıxsaq, mənzərə çılpaqlığı ilə ortada qalır.

Beləliklə, vəzifə pillələrini sürətlə qalxan namizəd xanım 2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunur. Vəzifəyə gələn kimi rayon Gənclər və İdman idarəsinin müdiri Gözəlov Pərvin Teymuraz oğlunu vəzifəsindən azad etdirərək yerinə öz adamı olan İsmayılov Emin Həsən oğlunu təyin etdirir. Yeni müdir də şefi kimi işinə “məsuliyyətlə” başlayır. Belə ki idarənin tabeliyində fəaliyyət göstərən Uşaq və Gənclər İdman məktəbinin məşqçi müəllimlərinin bankdan maaş kartlarının yenisini çıxartdiraraq bu ilin aprel, may, iyun, iyul aylarının maaşlarını hər ay üçün 5000 olmaqla 20000 manat bankomatdan götürür.

Müəllimlərin və özunun həyat yoldaşının şikayəti əsasinda Şəmkir şəhər prokurorluğunda barəsində cinayət işi qaldırılır. Emin müəllim kollektivdə boynuna almasa da istintaqa ifadəsində tərəfindən bankomatlardan götürdüyü 20000 manatın 15000 manatını Sona Əliyevaya verdiyini etiraf edir.

Sona xanımla bağlı iddialar bununla bitmir. Qardaşı Əliyev Asəf törətdiyi xuliqanlıq əməlinə görə Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 gün azadlıqdan məhrum edilsə də, bu yuxarı dairələrdən, o cümlədən Prezident Aparatından gizlədilir.

Sona xanımın bütün bunlara rəğmən hakim partiyanin siyahısına düşməsinin sirri isə İH dəhlizlərində tamamilə başqa cür yozulur. Xanim namizədin bu sürətlə vəzifə pillələrində yüksələrək hakim partiyanin namizədinə çevriləcəyini ağıllarına belə gətirə bilməyən icra məmurları bu gün də hesab edirlər ki, İH başçsı Alimpaşa Məmmədov onu bu vəzifəyə təyin etdirən Fazil Məmmədovu da aldadır. Xanımın adının hansısa müəmmalı yollarla YAP-ın namizədləri sırasına salınmasının sirrinin də yaxınlarda onu izləyəcəyi ehtimal olunan cinayət işindən xilas etmək olduğu iddia olunur. Hər halda prokurorluq orqanları YAP-ın rəsmi namizədinin haqqında cinayət işi başlatmağa cəsarət etməzlər. Bundan əlavə rayonun bir neçə orta məktəbinin müəllimlərinin bu namizədə etiraz olaraq Prezident Aparatı qarşısında aksiya keçirəcəkləri bildirilir.

Yazıda adı çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

 

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv