Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, hazırda partiyanın 742 min 170 nəfər üzvü var.
Bu ilin 6 ayı ərzində YAP-a 11 mindən artıq yeni üzv qəbul olunub.
Qeyd edək ki, YAP 1992-ci ildə yaradılıb. 1993-cü ildən Azərbaycanın hakim partiyasıdır. 2018-ci ildə siyasi təşkilat üzvlərinin sayı 20 min nəfər artıb.