!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yapı Kredi Bank Azərbaycan" müştəriləri boğaza yığıb - Bankın yarıtmaz fəaliyyəti / ETİRAZLAR

!Reklam – Yazi

“Yapı Kredi Bank Azərbaycan”ın həyata keçirdiyi siyasət müştəriyönümlülüklə daban-dabana ziddiyət təşkil edir.

Yenicag.az xəbər verir ki, bankın müştəriləri yaranmış problemlərlə bağlı şikayətlərini dilə gətiriblər.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər sosial media hesabından paylaşdığı yazıda bankın yarıtmaz fəaliyyətinə toxunub.

Bankın müştəri məmnuniyyətinə önəm vermədiyini qeyd edən Aqil Ələsgər “Yapı Kredi”də heç bir inkişafdan söhbət getmədiyini vurğulayıb.

Media Qrup rəhbəri bankın müştəriyönümlülükdən heç bir anlayışı olmadığını bildirərək 8 illik şirkət hesabını başqa banka köçürdüyü deyib.

Aqil Ələsgərin paylaşımının altına bankın xidmətlərilə bağlı çoxlu şikayət xarakterli rəylər yazılıb.

Sabiq deputat Nazim Bəydəmirli də paylaşımın altında qeyd edib ki, belə bankçılıq siyasəti heç bir yerdə yoxdur:

“Eynisini mən onlara 5 il əvvəl dedim və bu kartla taksitlə ödədiyim səbəbindən yaranmış borcu vaxtı çatmamış sıfırladım… Belə faiz, cərimə faizi və kartdan istifadə haqqı heç yerdə yoxdur. Özlərinə də mesaj yazdım ki, başqa bank mənə pulsuz kart verir ki, müştərisi olum, siz kartın bir ilinə 50 manat almısınız..”

İş adamı, ictimai fəal Rəvan Bəşirov isə bunları qeyd edib:

“WorldCard”ı 4 il əvvəl bağlamışam. O gün xəbər gəlib ki, 5400 borcun var. Deyirəm, a kişi, 100 manat sizə borclu qalanda adamı öldürərsiniz. 4 il dözməyinizə səbəb nədir?”

“Bu bank təzə gələndə və ölkəyə yeni xidmətlər gətirəndə hələ heç bir bankın o xidmətlərdən xəbəri yox idi. Sonra məncə o bankı sıxışdırıb bazardan çıxarmağa çalışdılar. Arada özləri də biraz idarəçilikdə boşluqlar yaratdılar. O temp davam etsəydi, heç bir yerli bank ona yaxınlaşa bilməzdi”, – “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov belə deyib.

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı isə “Yapı Kredi”ni sələm şirkət adlandırıb:

“O nə vaxtdan bank olub ki, orada hesab da açırsınız. Sələm şirkətidir bank adı altında fırlanır”.

www.yenicag.az

1176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv