Yaponiya bunu da etdi

6c89d1Reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk saziş imzalanıb

Yaponiyanın yeni “Mitsubishi Regional Jet” (MRJ) reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk saziş imzalanıb.

Yaponiyada yaradılan ilk reaktiv hava gəmisindən 20 ədədi 2018-ci ildə ABŞ-ın Florida ştatında yerləşən “Aerolease Aviation” şirkətinə təhvil veriləcək.

Qeyd edək ki, noyabrın 11-də “Mitsubishi Regional Jet” sınaq uçuşu edib. Təyyarə Naqoya aeroportundan qalxaraq bir saat sonra geri dönüb.

Yeddi ilə hazırlanan “MRJ” təyyarəsinin ilk nümunəsi 2014-cü ilin oktyabrında təqdim edilib.(Avtosfer)