Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yaponiya Çin sərhədlərinə yaxın hərbi bazalar qurur

Yaponiya bu il ölkənin cənub-şərqində yerləşən uzaq İşiqaki adasında 5-6 min nəfərlik qarnizon yaradacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu addımlar Pekinin Şərqi Çin dənizində artan gücünün qarşısını almaq məqsədiylə həyata keçirilir.

Məlumatda həmçinin bildirilib ki, qarnizonda “yer-gəmi” və “yer-hava” raketlərinə malik hərbi baza inşa etmək də nəzərdə tutulub.

Hazırda həmin ərazidə yapon hərbçiləri yalnız ən böyük ada olan Okinavada yerləşib. Okinavadan Tayvana qədər uzanan digər adalarda heç bir qarnizon yoxdur.

İşiqakidən başqa Tokio qonşuluqdakı Miyako adasında da gələn ilin yazında gəmiəleyhinə raketlərə və hava hücumundan müdafiə vasitələrinə malik hərbi baza inşa etməyi planlaşdırır. Tayvanın yaxınlığında olan Yonaquni adasında artıq radar nəzarəti stansiyası quraşdırılıb.

Mütəxəssislər son vaxtlar Tokio ilə Pekinin münasibətlərində xeyli yaxınlaşmanın müşahidə edildiyini bildirirlər. Ötən həftə Yaponiyanın Baş naziri Şinzo Abenin Pekinə rəsmi səfəri baş tutub. Lakin buna baxmayaraq, Tokio Çinin Şərqi Çin dənizindəki hərbi siyasətinə ehtiyatla yanaşır.

www.yenicag.az

923
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM