!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya hökuməti tam heyətdə istefaya getdi - Yeni tərkib açıqlandı

!Reklam – Yazi

Yaponiyada hökumətin yeni tərkibi formalaşıb.

Belə ki, 13 nazirliyin, həmçinin Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbəri dəyişib.

Yaponiyanın İqtisadiyyatın bərpası üzrə sabiq naziri Tosimitsu Moteqi yeni Xarici İşlər naziri olub, XİN başçısı vəzifəsini tutan Taro Kono isə Müdafiə naziri təyin edilib.

Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra yalnız iki siyasətçi – Suqa və Maliyyə naziri Taro Aso vəzifəsini qoruyub.

***

Yaponiya hökuməti bu gün tam heyətdə istefaya gedib.

Yenicag.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.

Baş nazir Sindzo Abe öz kabinetinin üzvlərindən istefaları haqqında ərizələri qəbul edib.

Abenin hökuməti dəyişikliyinə səbəb iyulda parlamentin yuxarı palatasına seçkilərdə partiyanın qələbəsi və oktyabrda istehlak vergisinin 10 faizə qədər artımının nəzərdə tutulması olub.

Günün ikinci yarısında yeni hökumətin heyəti elan ediləcək.

www.yenicag.az

3519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv