Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq geri qayıdan ilk kapsul planda nəzərdə tutulduğu kimi, noyabrın 11-də Yaponiya vaxtı ilə səhər saatlarında uğurla Yerə çatıb.
Yenicag.az xəbər verir ki, kapsul səhər saat 7 radələrində Sakit okeandakı Oqasavara adaları yaxınlığında suya düşüb.
Yaponiya Kosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) tərəfindən hazırlanan kapsul öz daxilində temperaturu sabit saxlayaraq, 2 min dərəcəyədək istiyə dözmək qabiliyyətinə malikdir. Kapsul tibbi tədqiqatlar məqsədilə BKS-in göyərtəsindən göndərilən protein kristallarını Yerə çatdırıb./Azərtac/