!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya KXDR-ə yardım edəcək - ŞƏRT

!Reklam – Yazi

Yaponiya nüvə və raket proqramları, həmçinin oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı problemlərin kompleks həlli müqabilində Koreya Xalq Demokratik Respublikasına (KXDR) iqtisadi yardım göstərməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ-a gözlənilən səfəri ərəfəsində Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Rəsmi olaraq səfərin iyunun 6-dan 9-dək davam edəcəyini deyən nazir əlavə edib ki, əsas məqsəd ABŞ-Şimali Koreya sammiti ilə əlaqədar Yaponiya-ABŞ ikitərəfli görüşünün gündəliyindəki məsələləri müzakirə etmək, həmçinin Yaponiyanın Baş naziri Şinzo Abe ilə Prezident Donald Trampın yüksək səviyyəli görüşünü hazırlamaqdır.

T.Kono qeyd edib ki, Yaponiya Şimali Koreyanın nüvə, raket proqramları və oğurlanmış yapon vətəndaşları ilə bağlı problemlərin kompleks həlli müqabilində bu ölkə ilə diplomatik əlaqələri bərpa etməyə və ona iqtisadi yardım göstərməyə hazır olduğu barədə ABŞ tərəfini məlumatlandırıb./Azərtac/

Xatırladaq ki, ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılır. Sammit ərəfəsində iyunun 7-də Baş nazir Şinzo Abenin Vaşinqtona səfəri nəzərdə tutulur. Görüşün gündəliyinə oğurlanmış Yaponiya vətəndaşları probleminin həlli və KXDR tərəfindən nüvə silahının ləğvi müqabilində bu ölkəyə maliyyə yardımının göstərilməsi məsələlərinin daxil ediləcəyi gözlənilir.

www.yenicag.az

4566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv