Yaponiya sahillərindən 10 km cənub-şərqdə 5,8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, zəlzələ yerli vaxtla 01:32-də baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.