Yaponiya sahillərində zəlzələ oldu

Yaponiyanın Honsü adasının şimal-şərqində yerləşən Fukusima prefekturu sahillərində 4.9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya departamenti bildirib.

Təkanların ocağı 80 km dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Sahildəki dəmir və magistral yollar normal qaydada işləyir. Bölgədə yerləşən Fukusima-1 atom elektrik stansiyasında və digər nüvə obyektlərində normadan yayınma qeydə alınmayıb.