Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

Yaponiya Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən keçirilən ballistik raket sınaqları ilə əlaqədar öz sanksiyalar paketini hazırlayır.

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların qəbulu zamanı Rusiya və Çinin də dəstəyinə ümid edir. Lakin bu iki ölkənin Pxenyan ilə dialoqa üstünlük verməsi səbəbindən Tokio Şimali Koreyaya qarşı öz sanksiyalarını tətbiq etmək qərarına gəlib.

Yaponiya tərəfdən Şimali Koreyaya qarşı hazırda tətbiq edilən sanksiyalara əsaəsn iki ölkə arasında bərə əlaqəsi dayandırılıb, bu ölkənin gəmilərinin Yaponiya limanlarına daxil olmasına qadağa qoyulub, bütün növ idxal və ixrac kəsilib. Yeni sanksiyaların tətbiqi isə qeyri-qanuni ixracın tamimlə dayandırılmasını nəzərdə tutur.

Xüsusilə, kütləvi qırğın silahlarının hazırlanması üçün nəzrdə tutulan detalların Şimali Koreyaya qeyri-qanuni ixracının qəti şəkildə qarşısının alınması, gəmilərdə əvvəllər nəzərdə tutulan yoxlama sisteminə əsasən tətbiq edilən siyahıya əlavə qurğu və detalların daxil edilməsi də planlaşdırılır. (AZƏRTAC)

Yenicag.Az

www.yenicag.az

519
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100