Yaponiya gələn ay süni “ulduz yağışı” yaradacaq peyki fəzaya buraxmağı planlaşdırır.
Yenicag.az-ın məlumatına görə, peyk özü ilə 400 metal şar aparacaq.
Bu şarlar atmosferin qalın qatlarına daxil olarkən yanmağa başlayacaq və bununla meteor effekti yaradacaq.
Yaponiya Milli Kosmik Agentliyi “ulduz yağışı”nın 2020-ci ilin martında baş verəcəyini və Hirosima ətrafında 6 milyona yaxın sakinin bunu görə biləcəyini deyib.
Qeyd olunur ki, süni “ulduz yağışı” ətraf mühitə heç bir ziyan vurmayacaq./Trend/