Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırdı

Yaponiya hökuməti Ukraynaya təmənnasız yardım şəklində 470 milyon dollar ayırmağa qərar verib.

Yenicag.az-ın məlumatına görə, bunu Yaponiyanın baş naziri Fumio Kisida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, – deyə Nikkei qəzeti çərşənbə günü hökumət başçısından sitat gətirib.

Bundan əvvəl Kisida Ukraynaya travmatik silahların tədarükü üçün 30 milyon dollar ayrıldığını ayrıldığını açıqlamışdı.