Yaponiya vaksin almaq üçün 6,3 milyard dollar ayırır

Yaponiya hökuməti koronavirus vaksinlərinin satın alınması üçün 6,3 milyard dollar vəsait ayırır.

Yenicag.az-ın məlumatına görə, bunu ölkənin Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa deyib.

“Yaponiya bununla əlaqədar ABŞ və Böyük Britaniya şirkətləri ilə ilkin müqavilələr imzalayıb. Müqavilələrə əsasən, “AstraZeneca” və “Pfizer” şirkətlərindən 120 milyon doza eksperimental vaksin əldə ediləcək. Bundan başqa, hökumət daha 5 xarici şirkətlə danışıqlar aparır”, –  baş katib qeyd edib.