!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyada anime studiyasında dəhşətli yanğın - 33 ölü, 35 yaralı - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi anime studiyasında ölənlərin sayı 33 nəfərə çatıb, xəsarət alanların axtarışı başa çatıb.

Azı 36 nəfər isə yaralanıb. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır.

***

14:10

Studiyada xilasedicilər daha 10 nəfərin yanmış meyitini aşkar ediblər.

Daha 35 nəfərin isə xəstəxanada olduğu bildirilib.

***

Yaponiyanın Kioto şəhərində animasiya studiyasında yanğın törədilib.

Yenicag.az xəbər verir, hadisə nəticəsində 13 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Yanğın  “Kyoto Animation” şirkətinin ofisi yerləşən üçmərtəbəli binada törədilib.

Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hadisə yerinə gələn polis studiyada benzin və ya kerosin tökməklə alovun gücünü artırmağa çalışan 41 yaşlı kişini saxlayıb. Saxlanılan şəxsin özü də xəsarət aldığından hazırda xəstəxanadadır.

www.yenicag.az

6420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv