Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanan naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.
Yaralananlardan 20-nin vəziyyəti ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı şəxs polisə təslim olub. Onun həmin müəssisənin əməkdaşı olduğu bildirilir.
Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.