Yaponiyada dəhşətli istilər 11 can aldı

Yaponiyada kəskin istilər davam edir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, istilərdən ən çox zərərçəkən paytaxt Tokioda qeydə alınıb.

İstilərlə əlaqədar 11 nəfər ölüb, 121 nəfər istivurma ilə xəstəxanalara çatdırılıb.

Sinoptiklərin proqnozlarına əsasən, yüksək temperatur daha bir neçə gün davam edəcək.