Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Sakit okeanda Yaponiyanın Hokkaydo adasının cənub sahillərində, Hakodate şəhərindən 197 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin episentri suyun 20 kilometr dərinliyində yerləşib.

Təbiət hadisəsinin intensivliyi “dağıdıcı” olaraq xarakterizə edilib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat verilməyib.