Yaponiyada koronavirusla bağlı STATİSTİKA – Yenidən rekord yoluxma qeydə alındı

Yaponiyada aprel ayının 11-dən sonra ilk dəfə son sutka ərzində rekord sayda koronaviusa yoluxma qeydə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bir gündə 655 yeni yoluxma qeydə alınıb.

Bildirilir ki, aprelin 11-də 720 nəfərin COVID-19 testi müsbət olub.

Beləliklə iyulun 18-də bütün Yaponiya üzrə koronavirusa yoluxanların sayı 25 628 nəfərə çatıb, 986 nəfər həyatını itirib. Onlardan 42-sinin vəziyyəti ağırdır.