Yaponiyada koronavirusla bağlı təcili vəziyyət elan edildi

Yaponiyada yen növ koronavirusla bağlı təcili vəziyyət elan edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu qərarı ölkənin Baş naziri Şinzo Abe verib.

Qərara əsasən, paytaxt Tokio da daxil olmaqla, ölkənin 7 bölgəsində təcili vəziyyət elan edilib.

Şinzo təcili vəziyyət elan edilən 7 bölgədə koronavirusla bağlı vəziyyətin idarə edilməsi və lazımi qərarların verilməsindən yerli idarəetmə orqanlarının məsul olacağını bildirib.

Qeyd edək ki, Yaponiyada 8 min 626 nəfərdə koronavirus aşkarlanıb, 178 ölüm faktı qeydə alınıb.

COP29