Yaponiyada keçmişinzibati islahat və idarəetmə islahatları naziri Taro Kononun robot-əkizini yaradıblar .
Yenicag.az xəbər verir ki, bu barədə “EurekAlert” məlumat yayıb.
Məlumatda bildirilib ki, robot Yaponiya Elm və Texnologiya Agentliyi tərəfindən hazırlanıb.
Robot-əkiz “kibernetik avatar”dır. Alimlər insanların robot dublyorları necə qəbul etdiyini və gələcəkdə bu cür robotların real insanı əvəz edə biləcəyini yoxlamaq niyyətindədirlər.
Nazir fiziki olaraq iştirak etmədən öz dublyor robotunu uzaqdan idarə edə bilər. O, özü getmədən dublyoru sayəsində ictimai tədbirlərdə iştirak edə bilir.