Yaponiyada Sindake vulkanı ilə bağlı XƏBƏRDARLIQ

Sindake vulkanının püskürmə təhlükəsinin artması barədə əhaliyə xəbərdarlıq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiyanın milli meteoroloji idarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, beş ballıq şkala üzrə Kutinoerabu adasında Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Sindake vulkanının püskürmə təhlükəsi artıb. Adada vulkanik aktivlik kraterdən 2 kilometr aralığında artıb. Nəticədə böyük süxurların və piroklastik axınların tullantıları ilə püskürmə baş verə bilər. Buna görə də Vulkanın mərkəzi hissəsinə 2 kilometr yaxın məsafəyə yaxınlaşmaq qadağandır”.

Qeyd edək ki, Sindake vulkanı sonuncu dəfə 2015-ci ildə püskürüb.