Yaponiyada vulkan püskürdü – VİDEO

Yaponiyanın Kyuşu adasında Sakuradzima vulkanı püskürüb.

Bu barədə ölkənin baş meteorologiya xidməti məlumat yayıb.

Vulkan 2,5 kilometr hündürlüyə kül atıb. Yaxınlıqdakı Kaqoşima şəhərində təhlükə səviyyəsi maksimuma qaldırılıb.

Meteoroloqlar kraterdən üç kilometr radiusda iri vulkanik süxurların düşmə riski barədə məlumat veriblər.