!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyadan Camal Qaşıqçı hadisəsinə reaksiya: "Ədalət bərpa edilməlidir"

!Reklam – Yazi

Yaponiyanın xarici işlər naziri Taro Kono səudiyyəli jurnalist Camal Qaşıqçının qətli barədə hərtərəfli araşdırılma aparılmasına çağırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkada səfərdə olan T.Kono hadisəni şərh edərkən: “Bu böyük təəssüf hissi doğurur. Biz baş vermiş hadisənin hərtərəfli araşdırılmasına və ədalətli, aşkar cavab tədbirlərinin görülməsinə çağırırıq” – deyə bildirib.

Qeyd edək ki, Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gələn Qaşıqçı bir daha ordan çıxmayıb. Onunla birlikdə səfirliyə gələn nişanlısı, Türkiyə vətəndaşı konsulluğa daxil olmaq istəsə də ona icazə verilməyib. Beş saata yaxın bir müddətdə C.Kaşıkçını gözləyən xanım polisə müraciət edib. Yalnız bundan sonra jurnalistin konsulluğu tərk etdiyi bildirilib.

İki həftə ərzində Səudiyyə Ərəbistanının Türkiyədəki diplomatik missiyasının rəhbərliyi jurnalistin konsulluğu tərk etdiyini bildirib. Eyni zamanda, Qaşıqçının yoxa çıxmasından bir gün sonra Bloomberg agentliyinə müsahibə verən Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi bildirib ki, jurnalist konsulluğu sağ-salamat tərk edib və o, krallığın ərazisində yoxdur.

www.yenicag.az

1628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv