!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyadan İrana ağır zərbə: Neftdən imtina edilir

!Reklam – Yazi

Yaponiyanın topdan neft ticarəti ilə məşğul olan şirkətləri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar maydan başlayaraq bu ölkədən xam neft alınmasını yenidən dayandırmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, ötən ilin noyabrında ABŞ İrana qarşı xam neftin ixracı da daxil olmaqla iqtisadi sanksiyaların tətbiqini bərpa edib. Buna baxmayaraq, Yaponiya və bir sıra digər ölkələr üçün cari ilin mayınadək istisnalar tətbiq edilmişdi. Bundan sonra Yaponiyanın xam neft ticarəti ilə məşğul olan “JXTG Holdings”, “Cosmo Energy Holdings” və digər şirkətləri cari ilin əvvəllərinədək İran neftinin idxalını bərpa etmişdilər.

Hazırda həmin məsələ ilə əlaqədar Yaponiya və ABŞ hökumətləri arasında danışıqlar dalana dirəndiyinə görə, bu istisnanın müddətinin uzadılacağı ehtimal olunmur./AZƏRTAC/

www.yenicag.az

2628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv