Yaponiya Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı Moskvaya etiraz notası göndərib.
Yenicag.az rus mətbuatına istnadən xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında deyib.
O bildirib ki, Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir.
Etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub, – Suqa qeyd edib.