Yaponiyanın Baş naziri istefa verəcək

Yaponiyanın Baş naziri Suqa Yoşihidenin istefa verəcəyi bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, anketlərə görə “pandemiya dönəmində yaxşı idarəetmə sərgiləməyən” Yoşihidenin səs faizi 29/100-ə geriləyib.

İstefa ilə bağlı Yoşihidenin artıq yaxın çevrəsini məlumatlandırdığı da qeyd edilir.