Yaponiyanın yeni Baş nazirinin kimliyi bəlli oldu

Yaponiyanın iqtidardakı Liberal Demokratik Partiyanın (LDP) yeni sədrinin kimliyi bəlli olub.

Yenicag.az xəbər verir ki, LDP-nin yeni sədri ölkənin keçmiş xarici işlər naziri Fumio Kişida olub. Kişidanın yaxın günlərdə Baş nazir vəzifəsini üstlənməsi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın sabiq Baş naziri Şinzo Abe istefa verdikdən sonra Suqa Yoşihide onu əvəzləmişdi. Yoşihidenin “pandemiya dönəmində yaxşı idarəetmə sərgiləmədiyi” üçün istefa verəcəyi bildirilirdi.