!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür

!Reklam – Yazi

1451046217_fresco“Fresco” supermarketlər şəbəkəsində durum ürəkaçan deyil. Lakin bunun səbəbi devalvasiya yox, rəhbərlikdir.

AFN.az xəbər verir ki, təxminən son bir ildə şəbəkənin işi əməlli-başlı geriləyib. Səbəbi isə rəhbərliyə yeni gətirilən Kamran Eyyubovun iş prinsipləridir. Belə ki, saytımıza daxil olan məlumata görə, K.Eyyubov gələr-gəlməz ilk işi işçiləri ixtisar etmək, qalanların mükafatlarını kəsmək, firmaların borclarını ödəməmək olub: “Vəziyyəti o həddə çatdırdı ki, hər mağazada çox az sayda işçi qaldı və nəticədə bir adam bir neçə işçinin işini görməli oldu. Bu zaman isə aqressiya, alıcılarla münasibətlərdə kobudluq artmağa başladı. Dəfələrlə marketin nüfuzuna xələl gətirən hadisələr baş verib, müştərilər mətbuatda, sosial şəbəkələrdə şikayət ediblər”.

O da bildirilir ki, K.Eyyubovun gəlişindən sonra firmaların pulu ödənməyib. Bu isə sonda bəzi firmaların marketlə əməkdaşlığı dayandırması ilə nəticələnib: “Firmaları aylarla süründürür, pullarını vaxtında ödəmir. Nəticədə bəzi firmalar əməkdaşlığı dayandırmağa məcbur olublar. Bu isə təbii ki, supermarketin işinə xeyir yox, ziyandır”

Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür

Yaqub Eyyubovun qohumu “Fresco”nu çökdürür

Qeyd edək ki, K.Eyyubovun baş nazirin birinci müavini Yaqub Eyyubovun yaxın qohumu (bəzi iddialara görə, qardaşı oğlu-red.) olduğu da redaksiyamıza daxil olan məlumatlar arasındadır.

Xatırladaq ki, bu “Fresco” ilə bağlı ilk iddia deyil. Bundan öncə supermarketlərdə aparılan monitorinq zamanı bu marketin insanları zəhərlədiyi də qeyd olunmuşdu. Həmin qeydi diqqətinizə çatdırırıq:

Səbət və Fresco
Səbət marketlər şəbəkəsi artıq bazardan fərqləmir, kassa önündə siqaret çəkən işçilərdən tutmuş, xadimənin qastronomda məhsul çəkib satması və s. Bir sözlə biabırçılıq. Fresco ona baxanda daha mədəni aldadır milləti. Aylarla vaxtı keçmiş məhsulları insanlara sataraq xalqı zəhərləməklə məşğuldur. Bundan başqa satışı ABŞ-da və bir neçə Avropa ölkəsində qadağan olunan zəhərli panqasius balıqlarına da bu supermarketlər zəncirində rahat rast gəlmək olar. 

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

 

www.yenicag.az

2559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv