Yaqub Zurufçunun SON DURUMU: Süni tənəffüs aparatına qoşulub – AÇIQLAMA

Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Yenicag.az-a bildirib ki, Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, – deyə Emil Qasımov qeyd edib.