Yara, yanıq və digər dəri xəsarətləri üçün – Vərəmum

Vərəmum arıların müxtəlif bitkilərin tumurcuq, yarpaq və zoğlarından əldə etdiyi qətranlı, yapışqanlı maddədir. Arı vərəmumu (propolis) – zəngin bioloji fəal maddələr kompleksi olmaqla yanaşı, olduqca çox müalicəvi xüsusiyyətləri ilə bəşəriyyətə ta qədimdən məlumdur.

Yenicag.az şəfa qaynağı olan arı vərəmumunun faydalarını təqdim edir:

– Vərəmum bakteriyaəleyhi, virusəleyhi, göbələkəleyhi, parazitəleyhi, radiasiya qoruyucu, şişəleyhi, iltihab əleyhi, immun gücləndirici, diabetə qarşı, yerli keyləşdirici, bərpaedici, allergiyaəleyhi, antioksidant orqanizmi zərərli maddələrdən təmizləyici və s. kimi müalicəvi xüsusiyyətləri ilə tanınır.

– Vərəmum xüsusi ilə də immunobioloji proseslərin stimullaşdırılmasında mühüm rolu oynayaraq, A və E immunoglobulinlərin miqdarını artırır, leykositlərin faqositoz aktivliyini gücləndirir.

– Vərəmum müxtəlif bakteriyaları, vərəm patogenlərini öldürür, salmonellyoza, tif törədicilərinə və həmçinin parazit ibtidailərə zərərli təsir göstərir.

– Vərəmum antikorları şişəleyhi təsirə malik olub, damar spazmını azaltmaqla xərçəng hüceyrələrinin böyüməsini yavaşladır, iltihabı aradan qaldırır və bakterisid təsir göstərir.

– Vərəmum həmçinin antiradiasiya (şüəəleyhi) və gerontoloji (qocalmanı geciktirən) xüsusiyyətlərə malikdir. Yara, yanıq və digər dəri xəsarətləri halında, vərəmum yerli iltihablaşmanı müalicə etməyə kömək edir, hüceyrə yenilənmələrini sürətləndirir və regenerasiyanı (toxuma bərpasını) stimullaşdırır. Bu da yanıqdan sonra yaraların daha tez sağalmasın təmin edir.

– Vərəmum antiseptik (çürümə əleyhi), antimikrob və antivirus fəaliyyəti bir sıra antibiotiklər kimi təsir göstərir və bəzi bakterial zəhərləri zərərsizləşdirir.

– Vərəmumun tərkibinə qanyaranmada mühüm rol oynayan dəmir, mis, manqan, kobalt və s. kimi mikroelementlər daxildir. Müəyyən edilib ki, vərəmum trofik funksiyaları tənzimləyir./Saglamolun.az

 

COP29