Yaralar sürətlə sağalacaq – Alimlərlərdən möhtəşəm yenilik

İstər hərbi əməliyyatlar zamanı, istərsə də adi zamanda yaranın vaxtında sarınması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur.

Yenicag.az xarici mediaya  istinadla bildirir ki, belə problemi həll etmək üçün ABŞ-ın Texas Aqrar Texniki Universitetinin alimləri yeni icadla gündəmə gəliblər. Onlar yaranı sağaldan inyeksiya sarğısı üçün material hazırlayıblar. Bunun üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub.

Bu maddədən inyeksiya zamanı yaranı dolduran gel əmələ gəlir. Onun vasitəsilə bakteriyaların yaraya girişi bağlanır, yayılmış hissəciklər yaranın sağalmasına imkan yaradaraq zülalın absorbsiyası mərkəzləri rolunu oynayır.

Zaur H.

COP29