Yaraları sağaltmaq üçün “ağıllı” sarğı – YENİ KƏŞF

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən “ağıllı” sarğı hazırlayıblar.

Yenicag.az “hightech.plus”a istinadən xəbər verir ki, sarğı simsiz qoşulma üzrə idarə olunan miniatür iynələrlə təchiz edilib. Dərmanların dozasını tənzimləmək mümkündür. Bu texnologiya xroniki və pis sağalan yaraları olan minlərlə insanın həyatını asanlaşdırmağa kömək edəcək.

Miniatür iynələr minimal invazivliyə malikdir, buna görə dərmanın tətbiqi ağrıya səbəb olmur.

Qurğu diabet xəstəliyi olan siçanlar üzərində sınaqdan keçirilib. “Ağıllı” sarğı sayəsində siçanlarda yaraların tam sağalması müşahidə edilib.

“Bu, mürəkkəb yaraların sağalması üçün “ağıllı” daşınan qurğuların hazırlanması istiqamətində vacib addımdır” – hazırlamanın müəllifi Ali Tamayol deyib. Bundan başqa, alim əlavə edib ki, sarğını tez-tez dəyişdirməyə ehtiyac yoxdur.

COP29