Reklam

Reklam

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin 17 tələbəsi yaralanıb. Yaralılar Sumqyaıt şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib ki, yaralılardan 7 nəfəri qız, qalanları isə oğlanlardır.

“Hamısı tələbədir. Onlardan 14-ü stansionar, 3-ü isə ambulator müayinəyə cəlb edilib. Vəziyyətləri orta ağırdır. Müxtəlif bədən xəsarətləri alıblar.

Qəza zamanı 4 tələbə dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 3 yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır.

Hazırda tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardım göstərmək, hadisə ilə yaxından tanış olmaq üçün xəstəxanalar üzrə ezam olunublar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."