!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yarana biləcək hərbi konfliktlərin SƏBƏBLƏRİ: "...lokal döyüşlər başlaya bilər" - ŞƏRH

!Reklam – Yazi

“Sülh yoxdursa, indiki vəziyyətdə dondurulmuş münaqişə var. Dondurulmuş münaqişə o deməkdir ki, silahlar hər səbəbdən partlaya bilər”.

Bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyanın çıxışlarından sonra bölgədə səbəb olacaq konfliktləri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlayıb.

Elxan Şıxəliyev bildirib ki, hərbi konfliktə gətirib çıxaracaq məqam danışıqlar prosesinin nəticəsində müəyyən olunacaq:

“Danışıqlar prosesinin nəticəsi iki tərəfin istədiklərinə uyğun gələcəksə, hərbi konflikt baş tutmayacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı erməni tərəfi birgə komissiyanın yaradılmasına razılıq verib. Azərbaycanda nədənsə bu, sərhədlərin tanınması kimi düşünülür. Dolayısı ilə sərhədlərin delimitasiyası və demarkasiyası zamanı gələcəkdə çıxacaq problemlər konfliktə səbəb ola bilər. Bizim lehimizə, istədiyimiz kimi proses həll olmayacaqsa konflikt yarana bilər. Digər səbəb Zəngəzur dəhlizinə dair Ermənistanın bəyanatları ilə Azərbaycanın istəyi üst-üstə düşmür. Onlar Zəngəzur dəhlizinin açılmasının açıq şəkildə əleyhinə olmadıqlarını bildirsələr də, əslində beynəlxalq tranzit yol statusu istəyirlər. Tranzit yol statusu o deməkdir ki, bu Ermənistanın dövlət nəzarətindən keçən yol olacaq. Yəni Ermənistanın hüquq mühafizə orqanlarının, gömrük sisteminin bu yolun üzərində nəzarəti olacaq. Erməni tərəfi açıq şəkildə bildirir ki, belə olacaqsa, biz razıyıq. Azərbaycan tərəfi isə bildirir ki, Laçın dəhlizinə necə status verdiksə, Zəngəzur dəhlizinə də o status verilməlidir. Burda mövqelər üst-üstə düşmür. Bu da konflikt yaratmağa səbəb ola bilər.

Digər konfliktə səbəb isə Ermənistanın Qarabağa münasibəti olacaq. Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayacaqsa, o zaman konflikt yarana bilər. Sülh yoxdursa, indiki vəziyyətdə dondurulmuş münaqişə var. Dondurulmuş münaqişə o deməkdir ki, silahlar hər səbəbdən partlaya bilər. Hətta sərhəddə duran hərbçilərin davranışlarından münaqişə alovlana bilər. Erməni əsgəri atəş açar, Azərbaycan əsgəri cavab verər lokal döyüşlər başlaya bilər.

Azərbaycan qalib ölkədir. Əgər Azərbaycanın maraqlarına uyğun sənədlər imzalanacaqsa, bu, sülh sazişi anlamına gələ bilər. Əks halda bizim istədiklərimizi Ermənistan qəbul etməyəcəksə, bu konfliktlərin davamına sahədə hazır olmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv