“Yaranmış qeyri-müəyyənlik abituriyentləri stressə salır” – Təhsil eksperti

“Pandemiya dövrü buraxılış imtahanlarına birbaşa mənfi təsir edəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri pandemiya dönəminin builki buraxılış imtahanlarının nəticələrinə təsirlərini şərh edən təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

Qoşqar Məhərrəmova görə, koronavirus yayılan gündən abituriyentlərin diqqəti yayınıb və onlar psixoloji gərginlik yaşayıblar:

“Abituriyentlər qeyri-müəyyənlik qarşısında stressə qapılaraq, təhsilə fokuslanmaqla bağlı problem yaşayıblar. Eyni zamanda, pedaqoji amillər də abituriyentlərin imtahanlara normal hazırlaşmasına əngəl törədib.

Abituriyentlərin onlayn dərslərə adaptasiya olub-olmaması isə birmənalı deyil. Ənənəvi tədris metodunun davam etməməsi abituriyentlərin nəticələrinə ciddi təsir edəcək. Mövcud çətin dövr abituriyentlərin hansısa üçün avanataj və ya dezavantaj olmağa zəmin yaratmır”.

Gülşən Şərif