!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yararsız vəziyyətdə olan məktəb binalarının sayı açıqlandı

!Reklam – Yazi

Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Nazir müavini qeyd edib ki, həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir: “Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyard manatdan artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Hər il təxminən 100-dən artıq məktəb ya təmir olunur, ya da yenidən inşa edilir. Bu məsələ daim diqqət mərkəzindədir və prioritet istiqamətlərdəndir”, – deyə nazir müavini qeyd edib.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv