Yardımlıda 23 yaşlı oğlan özünə qəsd etdi

Yardımlıda gənc oğlan intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində baş verib. 29.02.2000-ci il təvəllüdlü Gündüz Güloğlan oğlu Cahangirov özünü öldürüb.

Hadisənin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işinə başlanılıb.