Rusiyada seçkidə iştirak səviyyəsini yüksəltmək üçün qeyri-adi üsula əl atılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, kim tərəfindən maliyyələşdirildiyi məlum olmayan seçki kampaniyasının əsas məqsədi xalqı səsverməyə cəlb etməkdir. Lakin bunun üçün istifadə olunan üsul olduqca orijinaldır.
Belə ki, kampaniya seçki təbliğatından çox alt paltarı reklamlarına bənzəyir. Kampaniya bülletenlərində yarıçılpaq modellər əhalini seçkidə iştirak etməyə çağırır.
Reklamlarda isə bu ifadələrə yer verilib: “18 yaşdan böyük olduğunuza əminsinizmi?”, “Başlanğıcda bir az qorxulu görünə bilər, amma bir dəfə də etmək istəyəcəksiniz”, “Böyüklərin dünyasına xoş gəlmisiniz”, “Seçki məntəqəsində olan hər şey sandıqda qalacaq” və s.
Reklamlarda heç bir namizədin adı çəkilməsə də, bunun Kremlin strategiyası olduğu iddia edilir.