!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yarım ildə Rusiyanın Ukraynada nə qədər hərbi texnikası məhv edilib? - 16,6 milyardlıq İTKİ

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etdiyi son 6 ayda itirdiyi hərbi texnikanın maddi dəyəri açıqlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu müddət ərzində Ukrayna tərəfindən Rusiyanın 16,6 milyard dollar dəyərində 12 min 142 hərbi texnikası məhv edilib.

Məlumata görə, qeyd olunan yarım ildə Rusiyanın ən bahalı itkisi qiyməti 750 milyon dollar olan “Moskva” kreyseridir.

Rusiyanın qiymətinə görə 2-ci sırada olan itkisi bu il fevralın sonunda vurulan 86 milyon dollarlıq İl-76 desant təyyarəsi, 3-cüsü isə 75 milyon dollarlıq “Saratov” desant gəmisi olub.

Bundan başqa, Ukrayna İlan adasında Rusiyaya məxsus 165 milyon dollar dəyərində hərbi texnika və gəmilərini məhv edib. Batırılan Rusiya hərbi gəmilərinin sayı 15, ümumi qiyməti isə 82 milyon dollar olub.

Ukraynada məhv edilən Rusiyaya məxsus 234 hərbi təyyarənin dəyəri 5,3 milyard dollar təşkil edib.

www.yenicag.az

257
Ads
www.veteninfo.com
!Reklam – Arxiv