!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yarım metrlik siçovul tapıldı – Uşaq meydançasında-Foto

!Reklam – Yazi

1457709192_1449680571_33fghLondonda uşaq meydançasında yarım metrlik siçovul tapılıb.

Nəhəng siçovul 46 yaşlı mühəndis Toni Smit tərəfindən aşkarlanıb. Mutant-siçovul ölü halda oyun meydançasının yanındakı otluqda tapılıb. Heyvanın çəkisi 11 kiloqram təşkil edib.

“Bu, mənim həyatımda gördüyüm ən böyük siçovuldur. Mənim bir itim və pişiyim var. Gəmirici onların ümumi ölçüsündən daha böyükdür”, – deyə Toni bildirib.

Mühəndis həmçinin qeyd edib ki, Londonun bu rayonu siçovullarla doludur. Onlarla mübarizə aparılması üçün rayonun küçələrinə gəmiricilər əleyhinə zəhər tökülüb. Nəhəng gəmiricinin də zəhəri yeyib öldüyü ehtimal edilir.(Aznews)

 

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv