Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, püşk “Barselona” ilə “Real”ı üz-üzə qoyub.
Yarımfinalın digər cütündə isə “Betis” və “Valensiya” komandaları üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyunlar fevralın 6-da, cavab qarşılaşmaları isə fevralın 27-də baş tutacaq.